beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vüqar Əsgərov

Həyatı
Əsgərov Vüqar İsa oğlu 13 aprel 1974-cü ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Qovuşuq kəndində (Yexeqnadzor rayonu) doğulmuşdur.

1981-ci ildə Qovuşuq kənd orta məktəbinə getmiş, 7-ci sinfə qədər doğma kənddə təhsil almışdır.

1988-ci ildə ermənilərin təzyiqi nəticəsində ailəsi ilə birlikdə Naxçıvan MR-nin Şahbuz rayonuna köçmüşdür.

1991-ci ildə orta təhsilini Bakı şəhər 280 saylı orta məktəbdə bitirmişdir.

1992-ci ildə Vətənin çağırışına səs verərək Milli Ordu sıralarına daxil olmuşdur. Qarabağ müharibəsində fəal iştirak etmiş, ağır döyüşlərin iştirakçısı olmuşdur.

Vüqar Əsgərov Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universitetinin menecmentlik fakültəsini əla qiymətlərlə bitirmişdir.

Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Xatirə Kitabı redaksiyasında böyük redaktor vəzifəsində çalışır.

Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.


Tarix: 05.02.2015 / 16:21 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Qərbi Azərbaycan