Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səfxan Rüstəmov

Rüstəmov Səfxan Hidayət oğlu — əməkdar müəllim, Dövlət Təhlükəsizlik Komitəsinin Vardenis rayon şöbəsinin əməkdaşı.

Həyatı
Səfxan Rüstəmov 25 aprel 1926-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Basarkeçər rayonunun Daşkənd kənd orta məktəbini bitirdikdən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olmuşdur. 1951-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.

Səfxan Rüstəmov Ermənistan SSR Dövlət Təhlükəsizlik Komitəsinin Vardenis rayon şöbəsinin əməkdaşı olmuşdur. 1970-ci ildən 1988-ci ilə qədər Daşkənd kənd orta məktəbində direktor müavini işləmişdir.

Səfxan Rüstəmov əməkdar müəllim, Vardenis rayon və Daşkənd kənd sovetlərinin deputatı olmuşdur.

1988-ci ildə doğma yurd-yuvasından məcburən ayrılan Səfxan Rüstəmov Şəmkir rayonunun Çənlibel kəndində məskunlaşmışdır.

Görkəmli pedaqoq Səfxan Rüstəmov Şəmkir rayonunun Çənlibel kəndində 15 may 1991-ci ildə vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişdir.


Tarix: 05.02.2015 / 18:23 Müəllif: Feriska Baxılıb: 38 Bölmə: Qərbi Azərbaycan
loading...