Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hacı Əli Məmmədov

Həyatı
Məmmədоv Əli Аbdullа оğlu 8 iyul 1947-ci ildə Göyçə mahalının Daşkənd kəndində аnаdаn оlmuşdur. Bərdə rаyоnunun Yeni Daşkənd kənd оrtа məktəbini bitirib.

1965-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun hidromeliorasiya fakultəsinin «Hidroelektrostansiyalar və çay qurğularının inşaatı» şöbəsinə daxil olub, 1970-ci ildə həmin fakultəni əla qiymətlərlə bitirərək «mühəndis-hidrotexnik» ixtisası almışdır.

1970-ci ildə institutu bitirdikdən sonra SSRİ Energetika Nazirliyinin «Azərenerjitikinti» Tresti Sərsəng TQİ-də mühəndis, böyük mühəndis, sahə rəisi və istehsal-texniki şöbənin rəisi vəzifələrində işləmişdir.

Ə.A.Məmmədov 1977-1983-cü illərdə Şəmkir SES TQİ-də istehsalat şöbəsinin rəisi və Şəmkir SES TQİ-nin rəis müavini vəzifəsində işləmişdir.

1983-cü ildən 1986-cı ilə kimi Yenikənd SES TQİ-nin rəisi vəzifəsində işləmişdir.

1986-1989-cu illərdə «Azərenerjitikinti» Trestində layihə-smeta şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

1989-1993-cü illərdə «Azərenerjitikinti» Trestinin rəis müavini vəzifəsində işləmişdir.

1993-cü ildə SSRİ-İran dövlətlərinin müştərək tikdiyi Xudafərin və Qız-Qalası hidrokompleksi layihəsinin SSRİ tərəfindən direktoru işləmişdir.

Ə.A.Məmmədov 1997-ci ilə kimi «Azərenerjitikintiquraşdırma» Şirkətində vitse-prezident vəzifəsində, İran İslam Respublikası ərazisində şirkət tərəfindən tikilən iki su qovşağı layihəsinə rəhbərlik etmişdir.

Ə.A.Məmmədov 1997-ci ildən bu günə kimi Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin direktoru vəzifəsində çalışır.

İşlədiyi müddət ərzində keçmiş dövrün müxtəlif mükafatları ilə təltif olunmuşdur.

2009-cu ildə Əli Məmmədоv müqəddəs Həcc ziyаrətində оlmuş və şərəfli Hаcı аdını аlmışdır.

Təltifləri
9 aprel 2010-cu ildə Azərbaycan prezidenti İlham Əliyev ölkənin tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə Məmmədov Əli Abdulla oğlunu “Əməkdar Mühəndis” fəxri adı ilə təltif etmişdir.

Soy kökü
Hacı Tanrıverdi
Hacı Məhəmməd
Rüstəm
Abdulla
Hacı Əli


Tarix: 05.02.2015 / 17:32 Müəllif: Feriska Baxılıb: 81 Bölmə: Qərbi Azərbaycan
loading...