beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nizami Novruzov

Həyatı
Nizami Novruzov 27 may 1961–ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Basarkeçər rayonunun Kiçik Məzrə kəndində - Göycə mahalında anadan olub. 1968-ci ildə Molla Pənah Vaqif adına Kiçik Məzrə kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1978–ci ildə həmin orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1978–ci ildə Azərbaycan Dövlət Pedaqoji İnistitutunun Riyaziyyat fakültəsinə daxil olmuşdur. 1982–ci ildə inistitutu əla qiymətlərlə bitirərək təyinatla Kəlbəcər rayonuna gedərək Soyuqbulaq kəndində riyaziyyat müəllimi, direktor müavini vəzifəsində çalışmışdır. 1988-ci ildə erməni və rus hərbi birləşmələrinin təzyiqi ilə öz dədə-baba yurdundan zorla qovularaq Bakı şəhərinə gəlmiş, Nərimanov rayonundakı böyük Azərbaycan şairi Məhəmmədhüseyin Şəhriyar adına 193 saylı tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərmişdir. 1998-ci ildən Binəqədi Rayonu Təhsil Şöbəsinin Metodiki Mərkəzində ixtisası üzrə metodist, daha sonra isə bu şöbədə məktəb inspektoru işləmişdir. 1999–2000–ci tədris ilindən Binəqədi rayonu Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbin direktoru vəzifəsinə təyin olunmuş, hazırda da həmin məktəbin direktoru vəzifəsində çalışır. 2008-2009–cu dərs ilində rəhbərlik etdiyi tam orta məktəb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2009–cu il tarixli sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. 2004–cü ildə ADDA–nın dissertantı olmuş, 2008–ci ildə isə namizədlik işini müvəffəqiyyətlə müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1989-cu ildən 2004-cü ilədək məntəqə seçki komissiyasının sədri, 2004-2008–ci illərdə isə Binəqədi rayonu 8 saylı Binəqədi I seçki dairəsi, dairə seçki komissiyasının sədri vəzifəsində çalışmışdır. Hazırda həmin seçki dairəsində YAP-nın həlledici səs hüquqlu üzvüdür. 2003-cü ildə Türkiyə Respublikasının İstanbul şəhərində təhsilin idarə olunması ilə bağlı beynəlxalq seminarın iştirakçısı olmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, Binəqədi Rayon Təhsil Şöbəsinin, BŞTİ-nin, Mərkəzi Secki Komissiyasının, bir cox kütləvi informasiya vasitələrinin fəxri fərman və diplomları ilə təltif olunmuşdur. Heydər Əliyevin doğum gününə həsr edilmiş "Şəxsiyyətin möcüzəsi", həmçinin "Könüllərdə qalan ömür", "Ulu Göyçə", ixtisası üzrə "Məsaməli ovuntu materiallarının plastik deformasiyası", "Əyləncəli riyaziyyat" kitablarının, 14 elmi məqalənin və 1 monoqrafiyanın müəllifidir. 2013-cü il 02-07 yanvar tarixlərində filologiya elmləri doktoru, professor Hüseyn Əsgərovun rəhbərliyi ilə gercəkləşmiş, BŞTİ-nin və Doğu Akdəniz Universitetinin İstanbul şəhərində təşkil etdiyi beynəlxalq seminarın iştirakçısı olmuş, Beynəlxalq dərəcəli Təhsil meneceri sertifikatına layiq görülmüşdür.

Ailəlidir, üç övladı var.

Kitabları
Şəxsiyyətin möcüzəsi. Bakı: 2010.
Könüllərdə qalan ömür.
Ulu Göyçə. Bakı: 2010.
Məsaməli ovuntu materiallarının plastik deformasiyası.
Əyləncəli riyaziyyat.


Tarix: 05.02.2015 / 17:57 Müəllif: Feriska Baxılıb: 182 Bölmə: Qərbi Azərbaycan