beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maqasberd qalası

Maqasberd Qalası – Qərbi Azərbaycanın (indiki Ermənistan) Şörəyel mahalının Düzkənd rayonu ərazisində, Araz çayının sol qolu olan Arpaçay çayının sağ sahilində qədim türk qalası.

Keçilməz divarları və dərin dərə ilə Maqasberd qalası üç tərəfdən möhkəm qorunur. Qalanın divarları əvvəllər ikiqat olmuşdur. Çöl divar nisbətən alçaq, iç divar isə daha hündür imiş.İki divarın arasında dərin xəndək yerləşmişdir. Lakin sonralar çöl divar dağılmış yalnız hündür olan içdivar qalmışdır. Mənbələrə istinadən qalanın VI yüzilə aid olması güman edilir. Qalanın yerləşdiyi ərazilər qədimdən türk – oöuz boylarının yurdu olmuş, bu yerlərə ilk ermənilərin gəlişinin XVIII əsrə təsadüf etmişdir.

Adın etimologiyası
Qalanın adı türk dilində olmaqla maq və as etnonimlərindən və qədim türk dilində qala anlamında olan "berd" sözündən ibarətdir. [4]


Tarix: 05.02.2015 / 13:25 Müəllif: Feriska Baxılıb: 65 Bölmə: Qərbi Azərbaycan