Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşıq Əli

Aşıq Əli (d. 1927, Göyçə, Zərzibil – ö. 1990, Naftalan) — Göyçəli ustad aşıq.

Həyatı
İmamquluyev Əli Əşrəf oğlu 1927-ci ildə Göyçə mahalının Zərzibil (indiki Zərkənd) kəndində dünyaya gəlib. O Aşıq Ələsgərin qardaşı Məşədi Salehin nəvəsidir. Növrəs İmanın bacısı oğludur.

Kiçik yaşlarından saza-sözə maraq göstərən Aşıq Əli uzun illər Aşıq Talıb və Aşıq Nəcəfin yanında şəyirdlik etmiş, bu sənətin sirlərini dərindən mənimsəmiş və el arasında kamil bir aşıq kimi tanınmışdır. O da öz növbəsində bir çoxlarına ustad olmuş, saz sənətinin incəliklərini onlara öyrətmişdir. Təkcə onu demək kifayətdir ki, sazın füsunkar sədaları ilə bülbülü dilə gətirən Aşıq Ədalət Nəsibov Aşıq Əlinin şəyirdidir. O sonralar 1942-ci ildən Goranboy rayonunun Qızılhacılı kəndinə gəlmiş, oradan da Naftalan şəhərinə getmiş, orada binə bərkitmişdir.

Aşıq Əli 1990-cı il aprelin 23-də Naftalan şəhərində vəfat etmişdir.


Tarix: 05.02.2015 / 17:00 Müəllif: Feriska Baxılıb: 66 Bölmə: Qərbi Azərbaycan
loading...