beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əli Ömərov

Əli Ömər oğlu Ömərov — Azərbaycan Respublikasının Baş Prokuroru (1993-1995).

Həyatı
1947-ci ildə Ermənistan SSR-nin Ağbaba mahalının Amasiya rayonunun, Göllü kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsini bitirib. 1966-1973-cü illərdə Ermənistan SSR Amasiya rayonunun Göllü kəndində orta məktəb müəllimi işləyib. 1973-cü ildə Sovet Ordusu sıralarına çağırılaraq Çita vilayətinin Dauriya hərbi prokurorluğunda hərbi müstəntiq vəzifəsini icra edib. 1974-cü ildə ordu sıralarından tərxis olunaraq, həmin ildən 1976-cı ilədək Amasiya rayonunun DİŞ-nin müəssisədən kənar mühafizə şöbəsinin və xalq drujinası şöbəsinin rəisi vəzifələrində işləmişdir. 1976-cı ildə Azərbaycan Respublikasına köçərək DQMV prokurorluğunda prokuror köməkçisi və baş müstəntiq vəzifələrində çalışmışdır. 1980-1983-cü illərdə Gəncə şəhər prokurorluğunun baş müstəntiq vəzifəsində çalışmışdır. 1983-1993-cü illərdə Gəncə şəhər nəqliyyat prokuroru işləyib.

1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib. 1993-1995-cü illərdə Azərbaycan Respublikasının Baş Prokuroru olub.

Həqiqi Dövlət Ədliyyə Müşaviridir.

Evlidir. 3 övladı: 2 oglu, 1 qızı var.


Tarix: 05.02.2015 / 16:12 Müəllif: Feriska Baxılıb: 35 Bölmə: Qərbi Azərbaycan