Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Naqif Həmzəyev

mzəyev Naqif Ələşrəf oğlu — YAP Gəncə şəhər təşkilatının sədri

Həyatı
Naqif Həmzəyev 1983-cü il 24 may tarixində Basarkeçər (Vardenis) rayonu Nərimanlı kəndində anadan olub. 1988-ci ildə Nərimanlı kənd orta məktəbinə daxil olub. 1989-cu ildən təhsilini Gəncə şəhəri Əhməd Cavad adına 2 saylı orta məktəbdə davam etdirib. 2000-ci ildə həmin məktəbi bitirib. 2000-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub. 2003-2004-cü illərdə Türkiyə Cümhuriyyəti Atatürk Universitetində “qonaq tədqiqatçı” statusu ilə “Birinci dünya müharibəsi illərində Türkiyə-Rusya münasibətləri və erməni terroru” mövzusunda araşdırma aparıb. 2004-cü ildə eyni adlı buraxılış işini müdafiə edərək Bakı Dövlət Universitetinin tarix fakültəsinin bakalavr pilləsini bitirib. 2004-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin magistr pilləsinə daxil olub. 2004-2006-cı illərdə Türkiyə Cümhuriyyətinin bir neçə universiteti və arxivlərində “İraq Türkmənlərinin tarixi” mövzusunda araşdırma aparıb. 2006-cı ildə “İraq türkmənlərinin ictimai, iqtisadi və siyasi durumu” mövzusunda dissertasiya işini müdafiə edərək Bakı Dövlət Universitetinin tarix fakültəsinin “yaxın və orta şərqin tarixi” ixtisası üzrə magistr dərəcəsini qazanıb. 2000-ci ildən fəal olaraq ictimai fəaliyyətlə məşğul olub. “Dünya Azərbaycanlıları” Gənclərin İctimai Birliyinin həmtəsisçilərindən biridir. Azərbaycanı beynəlxalq konfrans və elmi tədbirlərdə dəfələrlə təmsil edib. 2007-ci ildə Gəncə şəhər Nizami RHK-dan könüllü həqiqi hərbi xidmətə gedib.

20.01.2007-ci il tarixdən 11.04.2007-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Ehtiyat Zabit Hazırlığı kursunu uğurla bitirərək “leytenant” hərbi rütbəsini qazanıb. Həmin tarixdən etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələrin “N” saylı hərbi hissələrində xidmət edib və 16.10.2008-ci il tarixdə xidmət müddəti başa çatdığı üçün ordu sıralarından tərxis olunub. Hərbi xidmətdə olduğu müddətdə nümunəvi xidmətinə görə dəfələrlə komandanlıq tərəfindən fəxri fərmanlar və mükafatlarla təltif edilib. 2009-cu ilin may ayından sentyabr ayınadək Gəncə Dövlət Universiteti informasiya və kommunikasiya texnologiyaları şöbəsində mütəxəssis vəzifəsində işləyib. 2009-cu ilin sentyabr ayından 2010-cu ilin fevral ayınadək Azərbaycan Dövlət Aqrar Universiteti beynəlxalq əlaqələr şöbəsində mütəxəssis, 2010-cu ilin fevral ayından 2011-ci ilin dekabr ayınadək isə informasiya və kommunikasiya texnologiyaları mərkəzinin direktoru vəzifəsində çalışıb.

2009 - 2011-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilən “Elektron Universitet” layihəsinə uyğun olaraq Türkiyə Respublikasının Atatürk, İstanbul və Fırat universitetlərində, həmçinin TUBİTAK ULAKBİM təşkilatında “İT meneceri” üzrə ixtisasartırma kursları keçib. 2012-ci il 24 yanvar tarixində Türkiyə Respublikası Fırat Universiteti Sosial Elmlər İnstitutunun tarix bölməsində doktorantura pilləsinə qəbul olunub. 2012-ci il 12 noyabr tarixindən 2013-cü il 8 fevral tarixinədək Azərbaycan Dövlət Aqrar Universitetində innovasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

2013-cü il 8 fevral tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevin imzaladığı 11 saylı sərəncamla Gəncə Şəhər Kəpəz Rayonu İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib.

2013-cü il 1 avqust tarixində Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının VIII konfrasında təşkilatın sədri seçilib. Hal-hazırda Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri vəzifəsində işləyir.


Tarix: 05.02.2015 / 17:49 Müəllif: Feriska Baxılıb: 155 Bölmə: Qərbi Azərbaycan
loading...