beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəmil Abdullayev

Həyatı
Abdullayev Cəmil Qurban oğlu 1936-cı ildə Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub.

Orta məktəbi bitirəndən sonra - 1953-cü ildə Azərbaycan Dövlət Qiyabi Pedaqoji Məktəbin dil-ədəbiyyat fakültəsinə daxil olub.

1961-ci ildə adı çəkilən məktəbi bitirib. O vaxtdan indiyəcən pedaqoji sahədə çalışır. Onun yetirmələri arasında Azərbaycanın tanınmış alimləri, ziyalıları, həkim və müəllimləri var.

Nərimanlı kəndindən Qarabağ döyüşləri zamanı şəhid olan 17 nəfərdən elə 12-sinə dərs deyb.

Hazırda Bakıda 9 saylı orta məktəbdə direktor müavini vəzifəsində çalışır.

Oğlu Şövqiyar Abdullayev Qarabağ döyüşlərində qəhrəmanlıqla həlak olub və ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" kimi şərəfli ada layiq görülüb.

Doğulduğu kəndi ilə bağlı maraqlı məlumatlara malikdir.


Tarix: 05.02.2015 / 17:15 Müəllif: Feriska Baxılıb: 59 Bölmə: Qərbi Azərbaycan