beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məlahət Həsənova

Həyatı
Həsənova Məlahət İbrahim qızı 1958-ci il aprelin 25-də Ermənistan Respublikası Basarkeçər rayonunun Kiçik Məzrə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Tarix elmləri namizədidir. 4 kitabın müəllifidir. Rus və ingilis dillərini bilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri üzrə komissiyanın üzvüdür.

1982-ci ildən Bakıda uşaq poliklinikasının həkimi, 1992-ci ildən baş həkimi olmuş, 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışmışdır.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. YAP Nəsimi rayon təşkilatının sədridir.

İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

2005-ci il noyabrın 6-da 99 saylı Şəmkir kənd seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Sosial siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-Serbiya və Çernoqoriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Liviya, Azərbaycan-Suriya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Evlidir, 2 övladı var.


Tarix: 05.02.2015 / 17:47 Müəllif: Feriska Baxılıb: 66 Bölmə: Qərbi Azərbaycan