Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ətayə Ələmdarqızı

Ətayə Ələmdarqızı (Hümbətova) (12 sentyabr 1983)—jurnalist, ssenari müəllifi.

Həyatı
Ətayə Ələmdarqızı 12 sentyabr 1983-cü ildə Qərbi Azərbaycanın Amasiya rayonunda (Mağaracıq kəndi) anadan olub.

2005-ci ildə APİ-nin İbtidai təhsil, pedaqogika və metodika fakültəsini bitirib.

2002-2006-cı illərdə müxtəlif qəzetlərdə müxbir və redaktor işləyib.

2006-2014-cü ildən "Lider" televiziyasının "Səda" informasiya proqramında müxbir işləyib. Hazırda "Lider tv və Radio Azərbaycan" MMC-də Analitik araşdırmalar redaksiyasında müavin vəzifəsində çalışır.

"Biz qəhrəmanlığı səndən öyrəndik" (Heydər Əliyev), "Aida İmanquliyeva 70" filmlərinin həmmüəllifidir.

Ailəlidir, 1 qızı var.


Tarix: 05.02.2015 / 16:13 Müəllif: Feriska Baxılıb: 46 Bölmə: Qərbi Azərbaycan
loading...