beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hacı Asif

Hacı Asif Kamil oğlu Namazov - din xadimi.

Həyatı
Asif Kamil oğlu Namazov 18 sentyabr 1972-ci ildə Göyçə mahalının Pəmbək kəndində anadan olub.

8-ci sinifə qədər doğma Pəmbək kəndində təhsil almışdır. 1988-ci ildəki məlum hadisələrlə əlaqədar olaraq ailəsi ilə birlikdə Göyçə mahalını tərk etmişdir. Orta məktəbi 1990-cı ildə Xanlar rayonunun (indiki Samux rayonu) Qovlarsarı kəndində bitirmişdir.

Hacı Asif 1991-1997-ci illərdə Türkiyə Respublikasının İzmir şəhərindəki "9 Eylül Universiteti"nin ilahiyyat fakültəsində ali təhsil almışdır.

1998-2002-ci illərdə isə o təhsilini davam etdirmək üçün Tbilisi Siyasət Akademiyasının fəlsəfə fakültəsində oxumuşdur.

2004-2005-ci illərdə Kərbəla, Məşəd ziyarətlərində, 14 məsum ziyarəti etmiş və müqəddəs Hacı adını almışdır.


Tarix: 05.02.2015 / 17:32 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Qərbi Azərbaycan