beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərdli Səməd

Həyatı
Əliyev Səməd Himoy oğlu, 18 may 1939-cu ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Uşaq çağlarından ərəb və fars dilini, şəriət elmlərini dayısı, el şairi Qəmgin Fəzi Məşədi Qasım oğlundan mükəmməl öyrənmişdir.

Orta məktəbi 5-ci sinifə kimi doğma Daşkənd kəndində oxuduqdan sonra, 1953-cü ildə ailəsi ilə birlikdə Bərdə rayonun Yeni Daşkənd kəndinə deportasiya edilmişdir. Məktəbin qalan hissəsini Yeni Daşkənd kənd orta məktəbində oxumuşdur.

Orta məktəbi bitirdikdən sonra 1959-cu ildə Ağdam Mexanizasiya Texnikomuna daxil olub. 1963-cü ildə texnikomu bitirdikdən sonra Yeni Daşkənd kənd orta məktəbində əmək təlimi müəllimi işləmişdir.

1964-cü ildə V.I.Lenin adına Azərbaycan Dövlət Pedoqoji Institutuna daxil olub və Bərdə rayonunun Yeni Əyricə kəndində müəllim işləyib. Uzun illər Bərdə rayon "Texnika Birliyi"ndə traktor briqadiri və başqa məsul işlərdə işləmişdir.

2007-ci ildə "Nurlan" nəşriyyatında "Ürəyimdən əsən yellər" adlı şeirlər kitabı çap olunub. Kitabda həmçinin Səməd Əliyevin də mənsub olduğu "Babakişilər" nəslinin şəcərəsi də çap olunmuşdur. Şeirlərini əsasən "Dərdli Səməd" təxəllüsü ilə yazır və ədəbi fəaliyyətini hal-hazırda davam etdirir.

Hal-hazırda Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayır və elin-obanın hörmətini qazanmış müdrik el ağsaqqalıdır.

Əsərləri
"Ürəyimdən əsən yellər" Bakı. Nurlan-2007. 96 səh.


Tarix: 05.02.2015 / 17:16 Müəllif: Feriska Baxılıb: 105 Bölmə: Qərbi Azərbaycan