Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abbas Abbasov (alim)

Abbasov Abbas Hüseyn oğlu — tibb elmləri namizədi (1991), dosent (2008).

Həyatı
Abbasov Abbas Hüseyn oğlu 1957-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kəndində anadan olub. 1974-cü ildə Çaxırlı kənd orta məktəbini bitirib.

1976-1978-ci illərdə hərbi xidmətdə olub. 1980-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. 1986-cı ildə həmin institutun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Elmi Şuranın qərarı ilə I cərrahi xəstəliklər kafedrasında klinik ordinator kimi saxlanıb.

1988-ci ildə aspiranturaya qəbul olub. 1991-ci ildə “Dalaq toxumasının autotransplantasiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

1993-cü ildən asissent, 2008-ci ildən isə həmin kafedranın dosenti vəzifəsində çalışır.

Eyni zamanda I müalicə Profilaktika fakültəsində dekan müavini vəzifəsində çalışır.

70-ə yaxın elmi məqalələri çap olunub. 3 kitabın, bir ixtira, 6 səmərələşdirici təklifin müəllifidir.


Tarix: 05.02.2015 / 16:26 Müəllif: Feriska Baxılıb: 74 Bölmə: Qərbi Azərbaycan
loading...