Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Malik Abdullayev

Həyatı
Malik Abdullayev 1952-ci ildə Basarkeçərin Nərimanlı kəndində anadan olub.

Malik Abdullayev Basarkeçərin Nərimanlı kəndində orta məktəbini 1969-cu ildə başa vurub, imtahanları uğurla verib ali məktəbə, BDU-nun Tətbiqi riyaziyyat və mexanika fakültəsinə daxil olub.

1974 - cü ildə Malik Abdullayev ali məktəbdə təhsilini başa çatdırdıqdan sonra gənc mütəxəssis kimi təyinatla Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutuna göndərildi.

1974-cü ildən 1980-ci ilədək kiçik elmi işçi kimi həmin institutda çalışır, istehsalatdan ayrılmadan aspiranturaya daxil olur.

Sonra isə əmək fəaliyyətini “Dənizneftqazlayihə” Dövlət Elmi-Tədqiqat və Layihə institutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və bölmə müdiri kimi davam etdirdi.

1993-cü ildən 2000-ci ilədək Azərbaycan Dövlət Neft şirkətində istehsalat şöbəsində aparıcı mütəxəssis kimi fəaliyyət göstərdi.

2000-ci ildə Malik Abdullayev yenidən “Dənizneftqazlayihə” DETLİ-yə qayıtdı, işlədiyi müddətdə 50-yə qədər elmi əsərin, o cümlədən 15 ixtiranın, 7 patentin və onlarla səmərəli təklifin müəllifidir.

Üç il həmkarlar komitəsinin sədri vəzifəsində çalışan Malik Abdullayev üzərinə düşən vəzifəni həmişə ləyaqətlə yerinə yetirmişdir.

Texnika elmləri namizədi olan bu istedadlı insan öz elmi axtarışlarını uğurla davam etdirir.

Ailəlidir 3 övladı, 3 nəvəsi var.


Tarix: 05.02.2015 / 17:40 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Qərbi Azərbaycan
loading...