beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Firuz Kazımoğlu

Həyatı
Firuz Kazımoğlu 1961-ci il aprelin 1-də Qərbi Azərbaycanın Amasiya rayonundakı Qaraçanta kəndində anadan olub. 1983-cü ildə indiki Azərbaycan Pedoqoji Universitetin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1994-cü ildən indiki "Azərbaycan Televiziya və Radio Verlişləri" QSC-də fəaliyyət göstərir. "Fakt" müəllif proqramının yaradıcısıdır. "Erməni məsələsi" deyilən məsələ ətrafında silsilə elmi-publisist verliş və filmlərin müəllifidir. "Ölüm maşını" (erməni terror təşkilatlarının Azərbaycanda həyata keçirdiyi terror aktları barədə), "Vandalizm" (Azərbaycanın işğal olunmuş ərazilərindəki maddi-mədəniyyət abidələrinə erməni vandallarının tutduqları divan haqqında), "Əsirlər" (erməni əsirliyində olmuş Azərbaycan vətəndaşlarının faciəvi yaşantıları haqqında), "Bakı-1918-in martı" (Daşnak-bolşevik hərbi-siyasi birləşmələrinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı ilə bağlı), "Təxribat: Sumqayıt-1988" kimi filmlərin müəllifidir. TUSİAB, Cingiz Mustafayev Fondu və MTN-nin Samir Əsgərxanov adına mükafatların laueratıdır. Hazırda Az.TV-nin "Uşaq, gənclik və hərbi vətənpərvərlik" redaksiyasının baş redaktorudur.

Filmoqrafiya
Əsirlər (film, 2006)
Təxribat: Sumqayıt-1988
Ölüm maşını
Vandaizm
Bakı 1918 mart


Tarix: 05.02.2015 / 14:50 Müəllif: Feriska Baxılıb: 127 Bölmə: Qərbi Azərbaycan