beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vidadi İsayev

Vidadi İsayev — Bərdə Rayon İcra Hakimiyyətinin başçısı (3 mart 2011 – indi).

Həyatı
İsayev Vidadi İsa oğlu 18 aprel 1959-cu ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib.

1980-1985-ci illərdə Ağdaş rayon Qaradeyin kənd orta məktəbində tarix müəllim, 1986-2004-cü illərdə Mərkəzi Dövlət Arxivinin Yevlax filialının müdiri, 2004-2005-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini, 2005-2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 3 mart 2011-ci il tarixli Sərəncamı ilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Tarix elmləri namizədidir. Ailəlidir, üç övladı var.

Əsərləri
“Hardan gəlir bu köç?”,
“Yevlax sənədlərdə və yaddaşlarda”,
“503-cü eşalon”.
“Ağ işıq” (povest), “Ədəbi İrəvan-2007”, Bakı, “Nurlan”, 2008. səh.205-234.


Tarix: 05.02.2015 / 16:20 Müəllif: Feriska Baxılıb: 57 Bölmə: Qərbi Azərbaycan