beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaponiyada “müalicəvi” telefon zəngləri dəbdədir

İddia edilir ki, qəribə tonlar vasitəsi ilə yuxusuzluqdan tutmuş çəkinin artması kimi problemləri müalicə etmək olar.

Yaponiya mobil telefon texnologiyalarının inkişafı üzrə dünyanın digər ölkələrini xeyli geridə qoyub. Artıq bir neçə ildir ki, burada televisiya kanallarının signallarını tuta bilən mobil telefonlardan istifadə olunur. Hətta dükanların əksəriyyətində ödənişi əl telefonunu ödəmə cihazından keçirməklə etmək olar. Lakin sonuncu qeyri-adi yenilik, terapiya əhəmiyyəti olması iddia edilən zəng tonları ilə bağlıdır.

Yaponiya boyunca baharın gəlişi gilas ağaclarının çiçəklənməsi ilə başlayır. Lakin ilin bu mövcümü yüksək qızdırma ilə müşayət olunduğundan, adamların əl yaylıqlarına olan ehtiyacları da artır. Yaponiyanın Zəng Tonları Laboratoriyası adlanan şirkət isə iddia etdiyi kimi bunun müalicəsini əldə etməyə nail olub. Qızdırmadan əziyyət çəkənlər vəziyyətlərini yüngüllləşdirmək üçün mobil telefonlarına edilən yalnız bir zəngi gözləməlidirlər.

Telefon istifadəçiləri əl telefonunu burunlarına yaxın tutduqda, zəngin səsi tozçuğu sıxışdırmalıdır. Başqa tipli terapiya zəng tonları adlanan səslər isə çəkilərini itirmək istəyənlər üçündür.

Yaponiyanın Zəng Tonları Laboratoriyasına Matsumi Suzuki rəhbərlik edir. O, Osama Bin Ladenin kasetlərinin həqiqiliyini yoxlamaq üçün istifadə edillən səs izləri texnologiyası üzrə ekspertdir. Cənab Suzuki it sahibləri üçün hazırlanmış, hürmənin mənasını interpretasiya edə bilən, Bou-lingual (Bow-lingual) adlanan cıhazının banisi olub. İndi isə zəng tonları onun ixtisasıdır və bu qəribə modern cingiltinin hətta yuxusuzluqdan əziyyət çəkənlərə kömək etdiyi də iddia edilir.

Telefonlarda adamların ehtiyaclarına uyğun olaraq, hazırlanmış müxtəlif ulduz nişanlı düymələr var.

Terapiya zəng tonlarını reklam edən İndeks adlanan mobil telefon şəbəkəsi etiraf edir ki, bu texnologiyanın necə işləməsi hələ sübut edilməyib. Lakin o, deyir ki, bu xidmətlərdən istifadə edənlərin sayı, yəqin ki, bu texnologiyanın həqiqətən də faydalı ola bilməsinə işarə edir.


Tarix: 13.01.2015 / 13:21 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Maraqlı Məlumatlar