beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məvacibin az olması qan təzyiqinin qalxmasına gətirib çıxarır

Verilən məlumata California Universitetinin elm adamları yüksək təzyiq xəstəliyi və aşağı məvcib alan insanlar arasında əlaqə olduğunu müəyyən edib.
Daily Mail - in xəbərinə görə 5651 insan üzərində (qadın və kişi) 3 il boyunca aparılan tədqiqatda, aşağı ödəniş sahələrində fəaliyyət göstərənlərdə təzyiqin digər sahələrdə faəliyyət göstərən şəxslərə nisbətən yüksək olduğunu müəyyən edib. Tədqiqata görə yaşları 25 - 44 arasında dəyişən şəxslərin ödənişlərinin 2 qat artması halında gənc qadınlarda təzyiqin 35%, gənc kişilərdə 30% endiyi sübut olunmuşdur. Tədqiqatda, yaş irəlilədikcə ödəniş artımının təzyiq üzərindəki təsirinin də nisbətən gerilədiyi müəyyən olunmuşdur.
Buna görə də yaşı çox olan şəxslərin gəlirləri iki misli olanda hipertoniya riskinin 16% nisbətinə düşdüyü təyin olunub.
Tədqiqatı həyata keçirən qrupun başında olan Prof. Paul Leigh, yüksək təzyiqin bu günə qədər yaş faktoruna əksəriyyət etibari ilə bağlanmış olduğunu xatırladaraq, nəticələrin özlərini də təəccübləndirdiyini bildirib.


Tarix: 09.01.2015 / 11:04 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Maraqlı Məlumatlar