beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bətndəki körpə özünü anadan qoruyurmuş

Nyu-York Universitetinin alimləri bətndəki dölün özünü ananın immun sisteminin hücumlarından qorumasına imkan verən molekulyar mexanizmi aşkarlayıblar.
"New Scientist" bildirir ki, araşdırma qrupuna professor Edrien Erlebaçer rəhbərlik edib.

Ananın qan axınına düşən döl hüceyrələri bir qayda olaraq "yad" kimi səciyyələndirilir və ananın immun sistemi tərəfindən məhv olunur.
Bu zaman ananın orqanizmi plasenta ilə inkişaf etməkdə olan döl ananın immunitetinin sərt reaksiyasına səbəb olaraq öldürülmür.
Ananın immun sisteminin indiyədək özü üçün antigen saydığı embrionlara hücum etməməsinin səbəbləri indiyədək məlum deyildi.

Ananın immun sisteminin hüceyrələrinin dölə reaksiyasını anlamaq üçün Erlebaçer və onun həmkarları laboratoriyada siçanlar üzərində sınaqlar apararaq embrionun implantasiyası prosesini izləyiblər.
Məlum olub ki, ana bətnindəki dölə immun reaksiyasının olmaması analıq yolu borusunun desidual örtük hüceyrələri ilə bağlıdır: bu örtük hamiləlik zamanı yaranır, uşaq anadan olandan sonra isə qopur.

Embrion implantasiyası zamanı desidual örtük hüceyrələri hemokin adlı zülal ayırmayıblar. Hemokinlər iltihab yaradır və T-hüceyrələrin antigen olduğu yerə miqrasiyasına rəvac verir.
Desidual örtüyün təfərrüatlı araşdırması sə onun hüceyrələrindəki DNT-nin bəzi sahələrinin strukturlarının dəyişdiyini göstərib. DNT-dəki həmin dəyişikliklər də hemokin ayrılması ilə bağıl genlərin ekspressiyasının qarşısını alıb.


Tarix: 09.01.2015 / 11:34 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Maraqlı Məlumatlar