beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xərçəng xəstəsi olan qadın dördəm doğdu

ABC News bildirir ki, ABŞ-ın Kolorado ştatında yaşayan Endi və Eşli Edamslar bir gündə 4 övlad valideynləri olacaqlarını biləndə çox sevinmişdilər.
Fəqət, Eşlinin hamiləliyinin 21-ci həftəsində ona xərçəng xəstəsi olduğunu dedilər.

Kolorado Universitetinin professorları bildirdilər ki, Eşlinin qalxanabənzər vəzində xərçəng şişi var, mərəz də onun limfatik düyünlərinə sürətlə yayılır.

"Həkimlərdən biri dostum idi. Ağlayaraq dedi ki, arvadım xəstədir, ölə bilər", - Endi deyir.
İndisə o Uaytt, Rayli, Brelinn və Samantanın atasıdır.
Uşaqlar vaxtından iki ay əvvəl doğulsalar da, sağlamdırlar və özlərini əla hiss edirlər.

"Həkimlər mənə dedilər ki, xərçəng xəstəsiyəm, dərhal müalicə kursuna başlamalıyam. Üstəlik, ana olmaq üçün qeysər kəsiminə məruz qalmalıydım və 7 saatlıq əməliyyat məni öldürə bilərdi. Onlar abortu məsləhət bildilər. Qətiyyətlə "Yox!" dedim. Ölsəm belə, o uşaqları dünyaya gətirəcəkdim.
Tanrıma şükürlər olsun ki, şiş kəsilib götürüldü, üstəlik də dörd balamı dünyaya gətirdim", - Eşli KDVR-ə bildirib.

Uaytt və onun üç bacısı Rayli, Brelinn və Samanta sürətlə böyüyürlər.
Eşlinin dediyinə görə, iki il hamilə qala bilməmişdi və sonucda "Klomid" preparatını qəbul edəndən sonra hamiləliyi baş tutmuşdu.
Adamslar ailəsi indi ikiqat möcüzəni bayram edir. Eşli ölümcül xəstəlikdən qurtulub, üstəlik də 4 övlad anasıdır.


Tarix: 09.01.2015 / 11:20 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Maraqlı Məlumatlar