beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yemək xasiyyəti dəyişir

Kökəldikcə səbirsiz və emosional oluruq. Yemək insanın xasiyyətini dəyişir. ABŞ-ın Florida Milli Sağlamlıq İnstitutunun alimləri maraqlı araşdırma aparıblar.

Məlumata görə, sən demə, əgər insan artıq çəki yığsa onun xasiyyətini ciddi şəkildə dəyişəcək. Hətta çəki 10 faiz artanda belə, bu dəyişikliklər açıq aydın hiss edilir.

Belə ki, kök insan daha səbirsiz, emosional, təsir altına daha tez düşən olur. Məsələn dadlı yemək görəndə ac olmasalar belə özlərini saxlaya bilmirlər.

Bu nəticəyə gəlmək üçün mütəxəssislər 10 il ərzində yüzlərlə insan üzərində müşahidələr aparıblar.


Tarix: 08.01.2015 / 17:55 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Maraqlı Məlumatlar