beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Almaniyada 450 qramlıq körpə dünyaya gəlib

Almaniyada dünyaya gələn qızcığaz rekord vurub.
Onun bu rekordu ən az çəkili insan kimi dünyaya gəldiyi üçün qeydə alınıb. Belə ki, 33 yaşlı Almaniya sakininin hamiləliyinin 21-ci həftəsində əkiz uşaqları olub.
"The Daily Mail"ın yazdığına görə, qadının dünyaya gətirdiyi uşaqların çəkisi 450 qram olub. Ancaq onlardan biri - oğlan həyat uğrunda mübarizədə məğlub olub.
Cəmi 28 sm boyu olan qız uşağı isə həyata 4 əllə sarılıb. Uzun müddət xəstəxanada qalan Frida adlı qız 22 sm böyüyərək 3 kq çəkisini artıra bilib.

Həkimlərin sağ qalmasına ümid etmədiyi və "möcüzə uşaq" adlandırdıqları körpə artıq evə buraxılıb. İndi onun normal inkişaf etdiyi və heç bir xüsusi qulluğa gərək qalmadığı bildirilir.

Qeyd edək ki, 22 həftədən tez doğulan uşaqların ağciyəri beyin və ürəyi tam inkişaf etmədiyi üçün sağ qalmaq şansı demək ola ki, yoxdur. 23 həftəlik doğulan uşaqlar arasında 100-dən 10-u sağ qala bilir ki, onlarda da əlillik müşahidə edilə bilər.


Tarix: 13.01.2015 / 12:58 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Maraqlı Məlumatlar