beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəstənin bir böyrəyindən 285 daş çıxdı

Bu qədər daşın sadəcə sol böyrəkdən çıxdığını bildirən həkim sağ böyrəkdə də bu miqdarda daş ola biləcəyini söyləyib.
Türkiyədə böyrək ağrıları şikayəti ilə xəstəxanaya müraciət edən xəstənin böyrəyindən əməliyatla 285 ədəd daş çıxarılıb.
"Cihan" xəbər verir ki, Çanaqqala şəhəri sakini 61 yaşlı Mehmet Karamanın böyrəyindən çıxan daşların çoxluğu həkimləri də təəccübləndirib.
Bu qədər daşın sadəcə sol böyrəkdən çıxdığını bildirən həkim sağ böyrəkdə də təxminən bu miqdarda daş ola biləcəyini deyib.
Həkim həmçinin Karamanın böyrəyinin normal insan böyrəyindən fərqli olduğunu, bu səbəblə də bu qədər çox daşın bu orqana sığdığını deyib.

Xəstə Mehmet Karaman isə 20 ildir böyrəyində narahatlıq olduğunu, yaxın vaxtlarda sağ böyrəyinə də əməliyyat etdirəcəyini bildirib.


Tarix: 13.01.2015 / 12:58 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Maraqlı Məlumatlar