beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Baş barmaq çıxıntısı genetik ola bilər

Baş barmaq çıxıntısına təkcə ayaqqıabı deyil digər faktorlar da təsir göstərir. Məlumata görə ABŞ 'da bu mövzu ilə bağlı xüsusi araşdırma aparılıb.
Tədqiqatlar nəticəsində baş barmaq ətrafındakı şişin genetik olduğu göstərilib. BBC-nin internet saytında dərc olunan məlumata görə, ayaqlardakı narahatlıqlardan 1370 insan şikayətçi olub. Tədqiqatda iştirak edən elm adamları, qadınlarda daha sıx rast gəlinən çıxıntılara yüksək dikdaban ayaqqabıların səbəb olduğu fikrinə tərəfdar çıxıblar.
Məlumatdan aydın olur ki, tədqiqatçılar, ayaqqabıların çıxıntıya sürtünməsi və bölgədə su toplanmasına yol açdığını bildiriblər. Lakin xəstəliyə o qədər də səbəb olmadığı deyilir.
Marian Hannan və qrupu, baş barmaqda çıxıntının genetik uyğunluğu olan kəslərdə daha sıx rastlandığını, uyğun olmayan ayaqqabıların vəziyyəti pisləşdirə biləcəyini söyləyiblər.
Genetik faktorun müxtəlif yaşlara sahib olan qadın və kişilərdə tapıla biləcəyi, lakin xəstəliyin xüsusilə qadınlara təsir edəcəyi məlumatda öz əksini tapıb.


Tarix: 08.01.2015 / 17:52 Müəllif: Aziza Baxılıb: 16 Bölmə: Maraqlı Məlumatlar