beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uzun həyatın sirri araşdırılır

Alimlər çox uzun yaşayan insanlarda ürək xəstəliyi və ya xərçəng kimi məşhur xəstəliklərə qarşı müdafiəni təmin edən nadir genetik dəyişiklər olduğunu düşünür
Amerikalı bir qrup alim 100 yaşlı şəxslərin genetik quruluşunu kəşf etmək məqsədiylə təşkil ediləcək 10 milyon dollarlıq "Genomics X" mükafatını almaq üçün işə başlayacaqlarını açıqlayan ilk qrup olub.
Genetik alim və təşəbbüskar Dr.Jonathan Rothberg yarışa uzun və sağlam bir həyatla əlaqələndirilən genləri təyin etmək üçün qatılır.

Bütün qruplar 1000 dollardan artıq olmayan bir büdcəylə 30 gün ərzində yüz yaşını keçmiş şəxslərin DNT kodunu tapmalıdırlar. 2013-cü ilin sentyabr ayında başlayacaq yarışa Archon "Genomics X" mükafatı qaydaları ilə may ayına qədər qeydiyyat aparılacaq.

Kaliforniyadakı Life Technologies Corporationdan Dr.Rotherbergin komandası yarışa ilk qatılan qrup olub. Bir insan genini 1000 dollar, ya da daha az bir büdcəylə sıralamaq elm üçün dönüş nöqtəsi kimi qəbul edilir. Bu, tibdə geniş diametrli istifadə edilə biləcək ucuzlaşmanın başlanğıcı hesab edilir.

DNT quruluşunun tibbi diaqnozlara müəyyənləşdirilməsilə birlikdə, xəstələrin genetik quruluşuna uyğun dərmanların təyini də mümkün olacaq.

Layihəyə yüz yaşından yuxarı 100 nəfər DNT nümunəsini bağışlayıb. Alimlər çox uzun yaşayan şəxslərdə ürək xəstəliyi və ya xərçəng kimi məşhur xəstəliklərə qarşı müdafiə təmin edən nadir genetik dəyişiklər olduğunu güman edirlər. Bu genlər yüz yaşından yuxarı şəxslərin DNT-lərinin analiz edilməsi yoluyla təyin oluna bilsə, alimlər yeni tibbi müalicə üsulları və bəlkə də həyat müddətini artırmaq üçün araşdırmalar həyata keçirə biləcəklər.

Ancaq mövcud 7 milyard insanın genindəki nadir genetik dəyişiklikləri təyin etmək üçün çoxlu sayda DNT nümunəsi lazım olacaq. Dr.Rotherbeg yüz adamın DNT-sinin "gənclik mənbəsi"ni tapmaq yolunda yaxşı bir başlanğıc olduğunu söyləyib: "100 adam sizə bir ip ucu verər. Min adamla məntiq çərçivəsində nəticələrdən əmin ola bilərsiniz. 10 min nümunə isə sizə "baxın, bunlar xərçəng və ya ürək xəstəliyilə əlaqəsi olan genlərdir", - deyə qışqırar".


Tarix: 09.01.2015 / 11:29 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Maraqlı Məlumatlar