beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hansı məhsullar optimizmi artırır

Tərəvəz və meyvələr insanı daha çox xoşbəxt və optimist edirmiş. Verilən məlumata görə bu fərziyyəni Harvard Universitetinin alimləri öz tədqiqatları nəticəsində bəyan ediblər. Bu tədqiqatlarda 1000-ə yaxın 25-74 yaşlı kişi və qadınlar iştirak ediblər. Könüllü qan analizlərinin nəticəsində müxtəlif antioksidantların səviyyəsi ölçülüb və xüsusi sorğudan istifadə etməklə həyatda yaşamaqla əlaqədar tədqiqatda iştirak edən insanların məmnuniyyət səviyyəsi də müəyyən olunub. Bütün bu tədbirlərin nəticəsində məlum olub ki, nikbinlik, məmnuniyyət, optimizim səviyyəsi yüksək olan insanlarda antioksidant karotinoidləri ən yüksək səviyyədə olmuşdur.
Buda tərkibində güclü antioksidant maddələri ilə zəngin olan meyvə və tərəvəzlərdə var.
Buna əsaslanaraq, alimlər meyvə-tərəvəzlə zəngin bir pəhriz resepti hazırlayaraq, optimizmini artırmaq istəyən insanlara təklif etmişlər.
Lakin, elm adamlarının bəziləri istisna etmir ki, optimizmi artırmaq istəyən insanlar mütləq bir şəkildə gün ərzində həddindən artıq çoxlu sayda meyvə və tərəvəz qidaları qəbul etməlidirlər. Təbii ki, bu qidalardan həddindən artıq qəbul etmək orqanizimə zərərsiz ötüşməz.


Tarix: 09.01.2015 / 11:03 Müəllif: Aziza Baxılıb: 71 Bölmə: Maraqlı Məlumatlar