beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsveçdə dəri xəstəliklərinin müayinə və müalicəsində ən son texnologiyadan istifadə olunub

İsveçdə dəri-zöhrəvi xəstəliklərinin müayinəsi və müalicəsində ən son texnologiyalardan istifadə edilməyə başlanılıb.
Belə proqram təminatlarından biri müştərilərə xəstəxanalara gəlmədən smartfonun kamerası ilə dərilərinin şəklini çəkib, birbaşa dermatologiya şöbəsinə göndərməyə imkan verir. Dəri üzrə mütəxəssis görüntülərlə tanış olduqdan sonra müayinənin nəticələrini və reseptləri qısa müddət ərzində həmin sistemlə xəstənin ünvanına geri yollayır.

Diaqnoz qoyan köməkçi proqram təminatları və qurğuları bununla bitmir. Qan təzyiqini göstərən, diabet xəstələri üçün şəkərin miqdarını müəyyən edən və digər bu kimi smart vasitələr yüzlərlədir.

Bununla belə yeni texnologiyalara mühafizəkarcasına yanaşan köhnə nəsil həkimlər smartfonlar və yeni qadjetlərin yüksək texnologiyalarla hazırlanmasından asılı olmayaraq, onların heç bir vaxt canlı müayinəni əvəz edə bilməyəcəyini hesab edir.


Tarix: 09.01.2015 / 12:00 Müəllif: Aziza Baxılıb: 15 Bölmə: Maraqlı Məlumatlar