beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günümüzdə insan klonlanması nə dərəcədə aktualdır

İnsan klonlanma işləri çox müzakirə edilən və xüsusilə dini seqmentlərdən reaksiya görən bir mövzu hesab olunur.
Məlumata görə Yunan əsilli ABŞ-lı həkim Panayiotis Michael Zavosun, son illərdə insan klonlanması işləri ilə bütün dünyada diqqətləri üzərinə çəkdiyi bildirilir.
İnsan klonlamasının zamanla tibbi bir prosedur olmasının lazım olduğunu ifadə edən Prof. Zavos, insan klonlamasının nə kimi faydaları var? sualına cavab verib.
O, bildirib ki, insan klonlamasının bir çox istiqamətdən insana faydası gözlənilir. Əvvəlcə insanlığın gələcəyinə və müxtəlif texnologiyaların inkişafı ilə tibb dünyasının gələcəyindəki inqilablara baxaraq müxtəlif faydaları təmin edəcəyini anlamaq çətin deyil. Klonlama texnikasını, mövcud üsullarla birləşdirsək, tibbin bu gün və gələcəkdə təqdim etməsi lazım olan ən təsirli və güclü vasitələrindən biri halına gələ bilər. Bu gücün açarı, bədənimizdəki bir 'germinal' hüceyrənin varlığından yararlana bilməmiz və bunu istədiyimiz hər hansı bir toxuma halına gətirməyin mümkünlüyüdür.
Məsələn yaşlanan bir bədəndə, bədənin yaralanmış bir hissəsində yeni bir həyat meydana gətirmək üzrə istiqamətləndirilə bilər. Tibb sahəsindəki iş həyatımda, infertil cütlərin klonlama ilə uşaq sahibi ola bildiklərini gördüm. Cütlər, uşaq sahibi ola bilmənin kiçik bir şansı üçün fiziki və romantik olaraq ağrılı bir müddətdən keçirlər.
Bir çox cütün zamanı və pulu müvəffəqiyyətli bir şəkildə uşaq sahibi ola bilmədən bitir. İnsan klonlaması daha çox infertil cütün daha əvvəl mümkün olmadığı şəkildə uşaq sahibi olmalarını mümkün edə bilər. Bununla yanaşı insan klonlama texnologiyası ürək böhranlarının qarşısını almaq üçün istifadə edilə bilər. Məlumata görə bir sıra elm adamları ürək infarktı keçirən xəstələri müalicə etməkdə sağlam ürəkdə olan kök hüceyrələrini zədələnmiş ürək bölgələrinə inyeksiya etməyin mümkünlüyünü sübut etmişlər.


Tarix: 09.01.2015 / 10:59 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Maraqlı Məlumatlar