beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əfqanıstanlı qadın 6 uşaq dünyaya gətirib

Əfqanıstanda ilk uşağını dünyaya gətirmək üçün gedən qadın 6 uşaq dünyaya gətirib.

Türkiyə mətbuatının verdiyi xəbərə görə, körpələrdən 3-ü qız, 3-ü isə oğlandır. Birdən artıq uşağı olacağını bilməyən qadının eyni gündə 6 uşaq anası olması hər kəsə bir möcüzə təsiri bağışlayıb. Həkimlər isə dünyada təbii yolla, yəni hər hansı müalicə görmədən 6 uşaq doğmağın nadir hadisə olduğunu söyləyiblər.

Xəstəxanadan körpələrin yaxşı olduğunu, ancaq çəkilərinin 700 qram ağırlığında olduğunu xəbər veriblər.

Adının Şerah olduğu açıqlanan 24 yaşındakı ananın Balx bölgəsində bir kənddə yaşadığı bildirilib. Əfqanıstan televiziya və radiolarında qadının sağlıq durumu haqqında xəbərlər yayımlanarkən, onun ciddi baxıma və dəstəyə ehtiyacı olduğu açıqlanıb. Mətbuada həmçinin dövlətin ailəyə yardım göstərməsi çağırışları səslənib.

Əfqanıstan uşaq və ana ölümlərinin sayına görə ön sıralarda yer alır. Ölkədə doğulan hər on uşaqdan biri beş yaşına çatmadan dünyasını dəyişir.


Tarix: 09.01.2015 / 12:02 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Maraqlı Məlumatlar