Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elektrikli sobalarda olan təhlükə

İnsanlara "Elektrikli sobalara" 2 metrdən artıq yaxınlaşmamaqla əlaqədar bu sahə üzrə fəaliyyət göstərən mütəxəssislər tərəfindən xəbərdarlıq edilib.

Zonguldak Elektrik Mühəndisləri Bürosunun şöbə müdüri, elektrik və elektron mühəndisi Bülent Özgümüş, elektrik sobalarının bir çoxunun elektromaqnit radiasiyası yaydığını söyləyib. Özgümüş, elektrik sobalarına 2 metrdən çox yaxınlaşılmamağın lazım olduğunu qeyd edib.

Mütəxəssis, qış mövsümündə istifadəsi artan elektrik sobalarının, yaydığı elektromaqnetik radiasiyanın ciddi sağlamlıq problemlərinə yol aça biləcəyini söyləyib. Elektromaqnit təsirindən özümüzü qorumağımızın lazım olduğunu ifadə edib.
Bu təsirin bir çox kəslərdə baş ağrısı, halsızlıq, istəksizlik və yorğunluğa səbəb ola biləcəyini ifadə edib.
Bülent Özgümüş, körpələrin və kiçik yaşdakı uşaqların olduğu otaqlarda da elektrik sobasının istifadəsini məsləhət bilmədiyini bildirib. Özgümüş, "Körpələr və kiçik yaşdakı uşaqların bədən müqavimətinin daha zəif olduğu üçün elektromaqnit sahədən daha çox təsirlənəcəklərini qeyd edib. Bu cür sobalardan istifadə məcburi olduğu hallarda isə otağın tez-tez havalandırlması lazımdır" deyə bildirib.


Tarix: 09.01.2015 / 11:05 Müəllif: Aziza Baxılıb: 15 Bölmə: Maraqlı Məlumatlar
loading...