beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hipertoniyanın müalicəsində irəliyə doğru mühüm addım

Baş beyində ürək ritmi və qan təzyiqi kimi ürək-damar funksiyalarını tənzimləyən əsəb hüceyrələrinin yeni qrupu aşkar edilib. Bu kəşfə İsveçin Karolina İnstitutunun alimlərinin Almaniya və Niderlanddan olan həmkarları ilə əməkdaşlığı nəticəsində nail olunub. Bu barədə Trend Rusiya KİV-inə istinadən xəbər verir.
Mütəxəssislər müəyyən ediblər ki, "neyronlar" kimi məlum olan bu hüceyrələr beyində qalxanvarı vəzinin hormonunun köməyi ilə formalaşır. Məlumdur ki, qalxanvarı vəzinin funksiyalarının pozulması insanlarda bu neyronlarla bağlı problemlərin yaranması riskini artırır. Buna görə də bu ürək-damar xəstəliklərinə səbəb olur.
Əvvəllər isə qalxanvarı vəzinin hormonunun yalnız birbaşa ürəyə təsir etdiyi hesab edilirdi. Lakin yeni tədqiqat onun kəşf olunan neyronlar vasitəsi ilə dolayısı ilə təsir etdiyini də göstərib.
Araşdırmanın müəllifi, Karolina İinstitutunun hüceyrə və molekulyar biologiya kafedrasının rəhbəri Yens Mittaq bildirir ki, bu kəşf ürək-damar xəstəlikləri ilə mübarizənin yeni mükəmməl üsulunu əldə etməyə imkan verir. Onun sözlərinə görə, yeni kəşf hipotireoz xəstəliyindən əziyyət çəkən hamilə qadınların müalicəsinin diaqnostikası üçün çox mühüm əhəmiyyətə malikdir. Çünki qalxanvarı vəzinin hormonunun aşağı səviyyədə olması döldə bu neyronların formalaşması prosesinə ziyan vuraraq bununla da nəsildə ürək-damar xəstəliklərinin yaranması riskini artırır.
"Əgər biz bu neyronları idarə etməyi öyrənə bilsək, onda beynə təsir edərək hipertoniya kimi xəstəlikləri sağalda bilərik", - alim qeyd edir.


Tarix: 08.01.2013 / 11:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 294 Bölmə: Maraqlı Məlumatlar