beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seadet Nedir?

Seadet ne demek?..-bu sualla men
Özümü çox yordum tapa bilmedim.
Seadet ne demek?..bir telebeyken,
Mektebi axıra vurmaqdır,-dedim.

Mektebi bitirdim,işe de girdim,
Seadet bumudur?Yox,bu deyilmiş!
Böyük dahileri oxuyub,gördüm
Çoxları sevgini seadet bilmiş.

Sevdim! Gece-gündüz yandım şam kimi
İztirab..göz yaşı..min qan,min qada.
Tapmadım yene de seadetimi,
Eşqin ezabları şirin olsa da..

Evlendim,hesrete son qoymaq üçün,
Qurtardı o şirin iztirablar da.
İndi de qayğılar artdı günbegün,
Dedim:-Ay seadet,hardasan,harda?

Seadet üfüqmüş..el çatmaz ona,
Aydın görünse de o bize genden.
Arzular sığışmır onun yoluna,
Senden uzaqlaşır yeridikce sen.

Seyr edib yaxını,gah da uzağı,
Bir az seçe bildim qaranı ağdan.
Yaxşı görmek üçün uca bir dağı,
Gerek sen baxasan ona uzaqdan.

Evlendim..hicrana son qoymaq üçün,
Qurtardı hesret de,xoş intizar da.
İndi de qayğılar artdı günbegün,
Dedim:-Ay seadet,hardasan,harda?

Belke de seadet ele budur,bu:
"Hardasan,hardasan,gel-gel"-demekdir.
Belke de seadet ömrümüz boyu
Neyise gözlemek..hey gözlemekdir..

Tapdım seadeti dara düşende,
Alıb öz gücümü xeyallarımdan.
Kimese,neyese,hardasa men de,
Gerek olduğumu bildiyim zaman.

Çıraq ol! Nurunu artır günbegün
Her yerde heyatın boğ zülmetini.
Mence,çıraq olub başqalarıyçün,
Yananlar tapıbdır seadetini!


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 446 Bölmə: Bextiyar Vahabzadə