beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Özüm özümü Dandım

O gün..o müdhiş gün..severek seni
Üstüne tehqirden od eledim men.
Senin on beş illik ümidlerini
Arzunu,hissini gülleledim men.
İndi men özümü dandım büsbütün
Başqa cür baxıram indi aleme.
Menim söhbetimin,menim sözümün
Dadı da,duzu da sensenmiş,deme.

Söndü sinemdeki o od,o ocaq,
Boş bir qovuq kimi havadayam men.
İnsan nefesiden uzaq,çox uzaq,
Vulkanı soyuyan bir adayam men.

Ağlım üreyime nece qıyıbdır,
Men özüm özüme bir yük olmuşam.
Sinemde üreyim buz bağlayıbdır,
Budağı budamış kötük olmuşam.

Ne çiçek oxşayır,ne ulduz meni
Fikirler dağılmış,xeyallar enmiş.
Yerin de,göyün de gözelliyini,
Senin gözlerinde men görüremmiş.

Geceler düzülür sapa fikirler,
Yorğanım daş olur,döşeyim tikan.
Seherler gözümü açıb dünyaya
Qalxmaq istemirem heç yatağımdan.

Yatmaq isteyirem,yatmaq bax ele
Gözümü zilleyib tavana baxım.
Men hansı arzunun telatümüyle
Eynimi geyinib qapıdan çıxım?

Qaçıram,qaçıram seherler mene
Bir deyen olmasın-''Sabahın xeyir''.
Axı sabahını itiren yazıq,
Sabahdan şer umur,xeyir'' istemir.

Ele bil dayandı yolu ömrümün,
Buna can atırdım..bes arzu neydi?..
Hesrtle,vüsalla dolu ömrümün,
Menası itince özü iteydi..

İndi yolum düzdür..ne dağ,ne dere..
Bu başdan baxanda,o baş görünür.
Kaş qismet olaydı isteyenlere
Enişsiz,yoxuşsuz,dalğasız ömür...

Heyat çırpıntıymış..onun her günü,
İllerin yükünü çekse,ne derdim..
Men Qorqud olsaydım,sevgi sözünü
Yaşamaq sözüne cinas ederdim.


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 394 Bölmə: Bextiyar Vahabzadə