Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əzan Səsləri

ƏZAN SƏSLƏRİ
-Bu dağı, bu daşı min ildən bəri
Vətənə çevirdi əzan səsləri
Nə imiş görəsən, nə deyir o səs?
Göylərə tuşlanan o qaib nəfəs?
Nədir o səsdəki əzəmət, kədər-
Genişlik, sonsuzluq, ənginlik
qədər?
- Yerləri göylərə bağlayan dirək,
Göyləri yerlərə endirən dilək!
İyun, 1994.
Şəki.


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 105 Bölmə: Bextiyar Vahabzadə
loading...