Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağ Saçlar-qara Saçlar

Saçlarıma dən düşür , dən
düşür , yaman düşür ,
Hər baxanda anamın , ürəyinə
qəm düşür .
Bu ağ saçlar ay ana , səni dərdə
salmasın ,
Saçımın ağlığından qanın heç
qaralmasın !
Alışıram gecələr , masa
arxasında mən ,
Saçlarım da ağarır ,
qəlbiminatəşindən .
Sən demə ki balamın bəlkə gizli
dərdi var ,
Vaxtsız ağaran saçın , özgə bir
aləmi var !
Ölüm belə qəm deyil bu həyatı
duyana ,
Mən bu ağ saçlarımla öyünürəm ,
ay ana !
Qara , şəvə saçları təbiət vermiş
mənə ,
Mən güvənə bilmərəm onun bu
töfhəsinə .
Zəhməti həyatımın ilk bəzəyi
sanmışam ,
Ağ saçları həyatda mən özüm
qazanmışam .


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 136 Bölmə: Bextiyar Vahabzadə
loading...