Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qeybdən Səs

Quranı dinlədim, nura
boyandım,
Dili qanmasam da, mənanı
qandım,
Düşdüm birdən-birə səsin
sehrinə,
Anlaya bilmədim səsin sehri nə?
Səsin alovuna büründü aləm,
Bir onu bildim ki,
tilsimlənmişəm,
Səsin alovunda pərsələşib mən,
Dağlana-dağlana öldüm,
dirildim,
Sözləri bilmədən, dili bilmədən,
Mən necə olduki mənanı bidim!
İşıq bu dünyanı göstərir bizə,
Özü cism kimi görünmür gözə,
O necə gizlidir, o necə aşkar,
Allah kəlamı da beləcə gizli,
beləcə aşkar.
Fikrim qanadlandı məni uçurdu,
Bütün günahlarım üzümə
durdu,
Qeybdən səs gəldi qulaqlarıma,
Bu səs inamımı çəkdi toruna,
Nədir dilədiyin qalan ömürdən,
Allah dərgahına hazırsanmı
sən?


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 82 Bölmə: Bextiyar Vahabzadə
loading...