Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHDAN QANAD İSTƏDİM

ALLAHDAN QANAD
İSTƏDİM
(son variant)
Allahdan qanad istədim,
Allah mənə xəyal verdi.
Bu qanadlı xəyal mənə
Yaşamağa macal verdi.
Allahdan fərəh istədim,
Allah mənə kədər verdi.
Bu kədərim, qədərimə
Tamam başqa qədər
verdi.
Allahdan ağıl istədim,
Allah mənə ürək verdi.
Bu ürək mənim ömrümə
Qəm üstündən qəm
gətirdi.
Allahdan dözüm istədim,
Allah mənə qəzəb verdi.
Mən Allahdan rəhm
istədim,
Mənə bollu əzab verdi.
Mən Allahdan haqq
istədim,
Zülmünü gen-bol eylədi.
Əzabların kotanına
O, sinəmi yol eylədi.
1998-1999


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 121 Bölmə: Bextiyar Vahabzadə
loading...