beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gizlidir

Qışda bahar, baharda qış,
Seldə, suda od gizlidir.
Ağ buludda yamyaşıl ot,
Yaşıl otda süd gizlidir.
Nədir bu dərd, nədir bu
qəm ?
Gah bilirəm, gah
bilmirəm.
Hər sevincdə bir dərd,
ələm,
Hər dərddə umud gizlidir.
Vardan-yoxa bu dövrədə,
Küllü gördüm bir zərrədə.
Bir damcıda, bir qətrədə
Bu boyda vücud gizlidir.
Hər görüşdən bir intizar,
Hər sevincdən bir qəm
doğar,
Hər sükutda bir haray
var,
Harayda sükut gizlidir.
Hər hakimin məhkumu
var,
Hər cökənin hücumu var.
Hər cütdə təkin tumu var,
Hər təkdə bir cüt gizlidir.
Gerçəyi var hər yalanın,
Gen yolu var hər dalanın.
Min bütə səcdə qılanın
Qəbində bir büt gizlidir.
27 iyun, 1993.


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 114 Bölmə: Bextiyar Vahabzadə