Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərimiz

PEYĞƏMBƏRİMİZ
Yolunun yolçusuyuq, ey ulu
Peyğəmbərimiz ,
Adı şəfqətlə, işıqla dolu
Peyğəmbərimiz.
Qurumuş torpağa bir an
toxunarkən nəfəsi,
Gülə döndərdi o saət kolu
Peyğəmbərimiz.
Bu da bir möcüzə! Meydan
oxuyarkən sağa sol,
Sağa döndərdi imansız solu
Peyğəmbərimiz.
Ulu Qurani-Kərimdən gözümüz
aldı işıq,
Bizə göstərdi müdam düz yolu
Peyğəmbərimiz.
Bulub haqqın yolunu Bəxtiyar
oldum necə mən,
Belə zəngin elədi yoxsulu
Peyğəmbərimiz.
29 yanvar, 1990.


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 104 Bölmə: Bextiyar Vahabzadə
loading...