Sual
						Zülmün sonu yox, haqq unudulmuşmu, ilahi? 
Dünyada ədalət yasaq olmuşmu, ilahi? 
Dillərdə yalan, amma könüllərdə həqiqət 
Haqq zalimə, düz əyriyə qulmuşmu ilahi? 
Meydan sulayan ağ yalanın al şərabından 
Millət təpədən dırnağa sərxoşmu, ilahi? 
Əzdikcə vətən oğlu vətən oğlunu qəsdən 
Bilməm, əzənin qəlbi məgər daşmı, ilahi? 
Vicdan kimi, insaf kimi hisslər içimizdən 
Bir yolluq atılmşmı, qovulmusmu, ilahi? 
Hər möcüzü idrak eləyərkən, bu bəlanı 
Qanmaqda beyinlər bu qədər boşmu, ilahi?
Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 73 Bölmə: Bextiyar Vahabzadə
loading...