Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GÜMAN QALIB ALLAHA

Talan olmuş bir zaman
ürəklərdə bəslənən,
Ümid ilə süslənən
O arzular, o kamlar.
Körpülərin üstündən indi
sel sular keçir,
Altındansa, adamlar.
İndi yalan and olub
Hər şey tərs-avand olub.
Yayın oğlan çağında
Buludlar yaman dolub.
Hamı düz yoldan qaçıb,
əyri yola işləyir
Saatın əqrəbləri soldan
sağa işləmir,
Sağdan sola işləyir.
Bu qaranlıq gecənin hələ
sonu görünmür
Səhər dönür axşama,
gecə səhərə dönmür.
Gündüzləri alışıb, gecələri
sönmüşük
Biz ağılla hiss edib, ürəklə
düşünmüşük.
Özümüzə qayıdır
atdığımız oxumuz
"Toxam" - deyir acımız,
"acam" - deyir toxumuz.
Alçalmağı heç kəsin
toxunmur vüqarına
Qol götürüb oynayır bu
millət ac qarına.
Bir-birinə uyuşmur
sozümüzlə içimiz
Toyda ağı söyləyib, yasda
gülüsürük biz.
"Xoşbəxtəm" deyənlərə
dilənçi qaçqınımız
Çadırından hay verir.
Ona bu "xoşbəxtliyi" bəxş
eləyən kəslərə
Öz ömründən pay verir.
Nə gerimiz bəllidir, nə
irəlimiz bizim
Əlirnizin yerinə işləyir
səhər, axşam
Yalnız dilimiz bizim.
Nə arxada, nə öndə
məlum bir yerimiz yox
Hara getdiyimizdən
vallah, xəbərimiz yox.
Biz bir şeyi bilmədik:
Hər əsrin öz damarı, hər
günün öz rüzgarı!
Bu günün qıfılına düşə
bilməz, dünənin
Pas bağlamış açarı.
Ürək qalıb o tayda,
güman qalıb bu tayda
Bir işıq istəyirik iynənin
ucu boyda.
Ümidə də güman yox,
ümid gümandan baha
Üzlər göyə tikilmiş,
güman qalıb Allaha.
1 iyul, 1998


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 114 Bölmə: Bextiyar Vahabzadə
loading...