beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tenha Mezar

TƏNHA MƏZAR
1918-ci ildə erməni
basqınına məruz qalmış
Azərbaycana köməyə
gələn türk ordusunun
zabiti şücaətlə
döyüsmüş, Şamaxı
ətrafında erməni
gülləsinə tuş gəlmişdir.
0, öz, arzusu ilə
yaralandığı yerdə də
dəfn olunmuşdur.


Yolun kənarında tənha
bir məzar
Üstündə nə adı, nə
soyadı var.
Ey yolçu, masını əylə bu yerdə
Soruş kimdir yatan tənha qəbirdə?
O, bir türk zabiti,
qəhrəman, mətin!
Doğma qardaşına
yardıma gəldi.
Qırğına tutulan
millətimizin
Haqlı savaşına yardıma gəldi.
Uzaqdan hay verib sənin səsinə,
Gəldi, qayıtmadı öz
ölkəsinə.
Düşmən səflərini o,
soldan sağa
Biçib dəstəsiylə cəbhəni yardı.
Torpağın yolunda düşüb torpağa
Sənin torpağını sənə
qaytardı.
Özü qoruduğu, həm can verdiyi
Yolun kənarında dəfn
edildi o.
Uğrunda canını qurban verdiyi
Torpağı özünə vətən bildi o.
Yolçu, masınını bu yerdə əylə
O məzar önündə sən
təzim eylə.
Səcdə qıl, dua ver onun ruhuna
Ayaq basdığın yer
borcludur ona.

İyul, 1998


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 140 Bölmə: Bextiyar Vahabzadə