beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Küçede Itirdim

''Yaşaya bilmirem bu sayaq daha,
Besdir,
Yorulmuşam,
Qurtaraq daha!''
Deye avtobusa mindin..
Dayandım,
Vaxt da menim kimi dayandı,sandım.
Yox! O dayanmadı işledi yene.
Minib avtobusa seninle birge,
Bir göz qırpımında zaman da getdi,
İxtiyar da getdi,güman da getdi...

Bu nedir?
ayağım üzüldü yerden..
Her şey öz yerini deyişdi birden,
Dayandım..
Arxamca yollar süründü,
Saat da tersine dolandı,döndü.
Senden ayrılmadım,
Senden men,gülüm,
Özümden ayrıldım,
Özümden,gülüm!
Bilmedim ne idim,
indi neyem men?
Küçeler uçuruma döndü gözümde
Seni itirdiyim bu anda bilsen,
Yolların üstünde itdim özüm de.
Dolaşdı kainat,
Qarışdı alem,
Kimdir qulağıma bele hönküren?
Küçede itirdim seni,dözmürem,
Heyatda itirsem neylerem gören?


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 370 Bölmə: Bextiyar Vahabzadə