beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir ürəkdə Dörd Fəsil

Bir ürəkdə dörd fəsil.
Hər gecə danışır radyo havadan :
" Sabah az buludlu , biri gün
yağış .... "
İqlimin sirrini bu qadir insan
Gör necə öyrənmiş , gör necə
açmış !...
Sabahkı havanı bilirik bu gün ,
Ey insan ,
bununla demərəm öyün ....
Minbir havasını yerin , dənizin
Əvvəldən bilirik çox zaman
şəksiz .
Bəs niyə bilmirik öz qəlbimizin
Bir andan sonrakı havasını
biz ? ...
Dörd fəsil yaşayır bir ildə torpaq
Qış , qış kimi gəlir , bahar
bahartək .
Bir saat içində bəs nədən ancaq
Dörd fəsil yaşayır bəzən bir
ürək ?
Sabahkı havanı bilirik bu gün .
Ey insan bununla demərəm
öyün ....


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 97 Bölmə: Bextiyar Vahabzadə