Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QORXU

Mənim sol əlimdə yanıq
yeri var,
O mənə töhfədir
körpəliyimdən.
Odun odluğundan
xəbərsiz vaxtlar
əlimi manqalda
yandırmışam mən.
Mənə "cız" dedilər,
Ancaq qorxmadım.
əlimi yandırıb tanıdım
odu.
Mənim həyat ilə ilk
tanışlığım
əlimi yandıran oddan
başladı...
Oxşadı gözümü hələ
uşaqkən
Ocağın al-əlvan alovu,
közü
Dünyaya gələli, bilmirəm
nədən
Nəyə vurulduqsa,
yandırdı bizi...
Mən oddan qorxmadım
yanana qədər;
Mən qorxu bilmədim
qanana qədər.
Elə ki, yandım,
Odla oynamaqdan
qorxdum, dayandım.
Başlandı qorxu-
Başlandı ehtiyat-
Başlandı həyat...
1966, Şəki


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 165 Bölmə: Bextiyar Vahabzadə
loading...