beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sual

Zülmün sonu yox, haqq
unudulmuşmu, ilahi?
Dünyada ədalət yasaq
olmuşmu, ilahi?
Dillərdə yalan, amma
könüllərdə həqiqət
Haqq zalimə, düz əyriyə
qulmuşmu ilahi?
Meydan sulayan ağ
yalanın al şərabından
Millət təpədən dırnağa
sərxoşmu, ilahi?
Əzdikcə vətən oğlu vətən
oğlunu qəsdən
Bilməm, əzənin qəlbi
məgər daşmı, ilahi?
Vicdan kimi, insaf kimi
hisslər içimizdən
Bir yolluq atılmşmı,
qovulmusmu, ilahi?
Hər möcüzü idrak
eləyərkən, bu bəlanı
Qanmaqda beyinlər bu
qədər boşmu, ilahi?
Mart, 1998.


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 67 Bölmə: Bextiyar Vahabzadə