beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hesret

Yoxsan...
Qeribe işdir
Danışıram yene men
Elim qelem de tutur,
Durub şeir yazıdan
Seher-Seher sene men.

Sen hem menim kederim,
Sen hem de şadlığımsan.
Sen menim esaretim,
Hem de azadlığımsan...
Yoxsan..
Qeribe işdir
Qelbim,hissim,düşüncem,
Axı oyaqdır menim
Nece nefes alıram-
Havam ki,yoxdur menim?
Yoxsan...
Sen menim üçün
Xoş arzularsan,demek,
Baharda qarsan,demek,
Qışda baharsan demek.
Yoxsan,
Sen menim üçün
Daha çox varsan,demek.

Sevilenler,sevenler
Ayrılığın,hesretin
Elinden dad çekdi,dad.
Eşq-hesretin anası,
Hesret-aşiqe ustad.

Ömür boyu qaçmısan
Arxanca yüyürmüşem.
Sende imkansızlığı,
Uzaqlığı görmüşem.

Hesret öyretdi mene
Harcayan
İndi hardan
Hara gedeceyem men.
Neydim
indi neyem men?

Hesret öyretdi,hesret,
Vaxtın hardan başlayıb,
Haraya vardığını.
Hesret öyretdi
menle başlayan bir heyatın
Sende qurtardığını..


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 521 Bölmə: Bextiyar Vahabzadə