beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Menden Xebersiz

Ömrün fəsilləri tez başa gəldi
Yayı bəhərlidir, qışı
bəhərsiz.
Bir vaxt ayıldım ki,
heydən düşmüşəm
İllər öz atını çapdı
yəhərsiz.
Amal olan yerə baş qoyan illər
Toran gözlərimə yaş
qoyan illər
Ey yaşım üstünə yaş
qoyan illər,
Hara qaçırsınız məndən xəbərsiz?
Ey ömür! Görünür artıq sahilin
Əlin qısaldıqca uzanar
dilin.
Ömurdən verdiyim yetmiş üç ilin
Zəhəri yetərli, balı
yetərsiz.
Öz çiyin yüküdür hər
kəsin yaşı
Dərdi-sirdasıdır, fıkri-
yoldaşı
Dönüb xislətimə qəhər, göz yaşı.
Sevinc də, kədər də
ötmür qəhərsiz.
Fikirlər selində axandan bəri
Ayıra bildimmi xeyirdən şəri?
Tökülmüş ömrümün
yarpaq illəri
Bağçası viranə, bağı
çəpərsiz.
Könlil o könüldür qoca
yaşımda
Fikirlər qaynaşır yenə
başımda
Yenə hücumdayam söz savaşmda
Sözüm təpərlidir, özüm təpərsiz.

Avqust, 1998, Şəki.


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 126 Bölmə: Bextiyar Vahabzadə