Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahdan Qanad Istədim

Allahdan qanad istədim,
Allah mənə xəyal verdi.
Bu qanadlı xəyal mənə
Yaşamağa macal verdi.
Allahdan fərəh istədim,
Allah mənə kədər verdi.
Bu kədərim, qədərimə
Tamam başqa qədər verdi.
Allahdan ağıl istədim,
Allah mənə ürək verdi.
Bu ürək mənim ömrümə
Qəm üstündən qəm gətirdi.
Allahdan dözüm istədim,
Allah mənə qəzəb verdi.
Mən Allahdan rəhm istədim,
Mənə bollu əzab verdi.
Mən Allahdan haqq istədim,
Zülmünü gen-bol eylədi.
Əzabların kotanına
O, sinəmi yol eylədi.
1998-1999.


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 90 Bölmə: Bextiyar Vahabzadə
loading...